Paylaş

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

APA-Economics”in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 62,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (29 aprel 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 22% və ya 11,3 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.