Paylaş

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.

APA-Economics” xəbər verir ki, nazir bu barədə “Facebook” hesabında yazıb.

O bildirib ki, görüşdə əqli mülkiyyət hüquqlarına, kibertəhlükəsizliyə, innovasiyalara dair fikir mübadiləsi aparılıb.

“Görüşdə ABŞ şirkətləri ilə İKT sahəsində əməkdaşlıq imkanlarını, xüsusilə də Azərbaycanda elmi tədqiqat mərkəzlərinin yaradılması perspektivlərini müzakirə etdik”, – nazir qeyd edib.