Paylaş

Bu ilin aprel ayında Azərbaycanın sənaye sektorunda Biznes İnam İndeksi kəskin artaraq 6,8 bəndə yüksəlib. Martda bu göstərici 1,8 bəndə bərabər idi.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, artımın əsas drayveri məhsul istehsalı indeksinin -5,2 bənddən 12,1 bəndədək artması olub. Hazır məhsul ehtiyatı indeksi isə bir az yaxşılaşaraq 6,2 bənddən 7,6 bəndədək yüksəlib.

Qeyd edək ki, sözügedən sektorda növbəti üç ay üzrə istehsal və qiymət gözləntiləri indeksləri cüzi azalaraq müvafiq olaraq 15,8 bənd və 9,8 bənd təşkil edib.