C. İyn 18th, 2021

Prezidentə yazırlar

İyn 11, 2021

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

İlk növbədə Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbə münasibətilə Sizi və Ordumuzu alqışlayır, xalqımızı təbrik edirəm.

Mən bir əlil kimi hər gün onlarla əlilin, şəhid ailəsinin və digər imtiyazlı vətəndaşlarımızın dövlət tərəfindən mənzillə, torpaq sahələri ilə, avtomobillərlə təminatının şahidi olur, onların davamlı və ardıcıl sosial qayğı ilə əhatə olunduğunu görür, onların sevincinə sevinirəm.

Bu səmimi sosial qayğını yüksək qiymətləndirən qədirbilən xalqımız Sizə və dövlətimizə dərin minnətdarlığını bildirir.

Biz Sizinlə fəxr edirik!

Biz hər zaman Sizinləyik, Müzəffər Ali Baş Komandanımız!

Hər zaman səninləyik, qalib Azərbaycanımız!

Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

Haqverdiyev Ramil Eyyub oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.