Ca. Avq 5th, 2021

Prezidentə yazırlar

İyl 22, 2021

Hörmətli cənab Prezident!

Sizə bu təşəkkür məktubunu yazan, 2-ci qrup Qarabağ müharibəsi əlili Arzu Kərimovdur. Bu məktub mənə və ailəmə göstərilən böyük diqqətdən qaynaqlanır. O diqqətdən ki, hər zaman bizi əhatə edib, narahatlıqlarımızı aradan qaldırıb.

Mən mənzil növbəsində idim. Ötən ilin dekabr ayında Gəncə şəhərində yeni tikilmiş yaşayış binasında mənzillə təmin olunmuşam. Ailəmlə birlikdə bu mənzildə sevinc içərisində yaşayıram. Bu Vətən üçün, dövlət üçün hər zaman döyüşməyə, mübarizə aparmağa dəyər və hər zaman buna hazır olmalıyıq.

Ötən il hamı kimi, mənim üçün də çox gözəl il oldu. Sizin sayənizdə 30 illik Qarabağ həsrətinə son qoyuldu.

Əziz Prezident, Allah Sizi bizim başımızın üzərindən əskik etməsin. Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Hörmətlə,

Kərimov Arzu,

2-ci qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Gəncə şəhəri.