Haqqımızda

REDAKSİYA HEYƏTİ:
Redaksiya Şurasının Sədri: Fəxriyə XƏLƏFOVA
Təsisçi və baş redaktor: Emil NƏSİRLİ
Redaksiya Şurası Sədrinin köməkçisi: Fikrət NAĞIYEV
Redaktor: Fəridə ZEYNALOVA
Məsul katib: İlham QULİYEV

REDAKSİYA ŞURASININ FƏXRİ ÜZVLƏRİ
Hacı Allahşükür PAŞAZADƏ

Polad BÜLBÜLOĞLU

Teymur BÜNYADOV

Südeyf İMAMVERDİYEV

Zərifə SALAHOVA

Bahar MURADOVA

Mübariz MƏNSİMOV

Kamal ABDULLA

Novruz MƏMMƏDOV

İbrahim QULİYEV

Fəxriyyə XƏLƏFOVA

Lətif QƏNDİLOV

Ziyad SƏMƏDZADƏ

Adil ƏLİYEV

Qənirə PAŞAYEVA

İradə HÜSEYNOVA

Gülarə RƏHİMOVA

Afaq MƏLİKOVA

Yaşaf RZAYEV

Nurlana ƏLİYEVA

Rəvan HƏSƏNOV

Elçin XƏLİLOV

Məhbubə VƏLİYEVA

Namiq ƏLİYEV

Sevinc NƏSİROVA

Günel İBRAHİM

Əziz ƏZİZOV

Şəmsəddin ƏLİYEV

Fuad ABBASOV

Faiq ŞAHBAZLI

Tofiq İBADOV

Ədilə ƏLİYEVA

Leyla MƏMMƏDƏLİYEVA (ABŞ)

Aleksandr NİSANOV (ABŞ)

Gültəkin MUSTAFAYEVA (Gürcüstan)

Zurab PATARADZE (Gürcüstan)

Monika TİSER (İtaliya)

Lanberto FRANKA (İtaliya)

Serjan Abdıkarimov (Qazaxıstan)

Maksim ŞEVÇENKO (Rusiya)

Aureliya QRİQORİU (Moldova)

İlir META (Albaniya)

Abdulla GÜL (Türkiyə)

George İVANOV (Makedoniya)

Viktor YUŞENKO (Ukrayna)

İrina VLAX (Qaqauziya, Moldova)

Tornbern Pasterno KASTELLO (İtaliya)

Akkan SUVER (Türkiyə)

Şamil AYRIM (Türkiyə)

Müşərrəf AKAY (Türkiyə)

Valter KOFLER (Avstriya)

Dimitriy SAVELYEV (Rusiya)

Rasim MƏMMƏDRZAYEV (Rusiya),

Yuli QUSMAN (Rusiya),

Mixail QUSMAN (Rusiya)

Vaqif BAYRAMOV (Rusiya)

Qurban QURBANOV (Dərbənd, Rusiya)

Calal QASIMOV (Rusiya),

Məmməd ƏLİYEV (Rusiya)

Zohir SAİDOV (Tacikstan)

Rustam SOLİ (Tacikstan)

Mixail SİDORJE V SKİ Y (Ukrayna)

Arif QULİYEV (Ukrayna)

Aycigid BURANOV (Qırğızıstan)

Xeyrullah SPELENAİ (Əfqanıstan),

Səud Əbüləziz Məhəmməd əl-Şəmlan ƏL-RUMİ (Küveyt)

Haməd bin Abullah bin Səud bin ( XUDEYR (Səudiyyə Ərəbistan),

Branko ZEBİÇ (Xorvatiya),

Serxio Osvaldo Perez QUNELLA (Argentina),

Rodriqo LABARDİNİ (Meksika)

Jan-Fransua M ANSEL (Fransa)

Mirvari FƏTƏLİYEVA (Fransa)

Leyla MƏMMƏDƏLİYEVA (ABŞ), Aleksandr NİSANOV (ABŞ)

Gültəkin MUSTAFAYEVA (Gürcüstan)

Zurab PATARADZE (Gürcüstan)

KIM TONQ OP (Koreya)

 

“AZƏRBAYCANIM” BEYNƏLXALQ JURNALI

 “Azərbaycanım” beynəlxalq jurnalı 2007-ci ildən nəşr olunur. Böyük oxucu auditoriyası qazanmış jurnalın uğurlarında əsas rolu əlbəttə ki, mövzuların aktuallığı, özünəməxsus tərzi, müasir dizayn və materialların təqdimatı oynayır. Qədim və zəngin Azərbaycan mədəniyyəti, incəsənəti, multikulturalizm, dini tolerantlıq, qədim adət-ənənələrə söykənən məqalələr, ölkədə gedən hərtərəfli inkişaf, quruculuq-abadlıq işlərini əks etdirən materiallar jurnalı daha da maraqlı və oxunaqlı edir. Jurnalın təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də oxunması, eləcə də bu gün Azərbaycan haqqında obyektiv və müsbət informasiyanı xaricdə təqdim edən belə mənbənin olması müsbət və sevindirici haldır. “Azərbaycanım” jurnalı parlaq və aydın şəkildə Azərbaycanı, onun görkəmli insanlarını, Azərbaycan diasporunun tanınmış nümayəndələrini oxuculara tanıdır, həmçinin respublikada baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni proseslərin mühüm hadisələrini, dünyada tanınmış şəxsiyyətlər, iş adamları, siyasətçilər, Azərbaycanın dostları və digər sahədə çalışan insanlar haqqında mütəmadi məlumatlar verir. Jurnal həm də Azərbaycan həqiqətlərinin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı faktların və təcavüzkar Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər həyata keçirir.

Jurnalın əsas mövzulardan biri də beynəlxalq münasibətlərdə cərəyan edən prosesləri oxucuların nəzərinə çatdırmaqdır. Hər bir dövlətin dünya birliyində rolu və yeri hərbi, iqtisadi, geosiyasi, diplomatik resurslarla yanaşı mədəni resursları, dünya ictimaiyyətinə göstərə biləcəyi intellektual və mənəvi-mədəni təsir imkanları var Həmin resurslar ənənəvi milli kimliyimizi və özünəməxsusluğumuzu qorumaqla yanaşı ümumdünya mədəni proseslərinə uğurlu inteqrasyia olunmaq üçün baza rolunu oynayır.

Ölkəmiz hazırda beynəlxalq mədəni proseslərin fəal subyekti olaraq dünyada uğurla gerçəkləşdirilən bir çox mədəni proqram və layihələrin nəinki fəal iştirakçısıdır, həm də onların təşəbbüskarı və təşkilatçısı rolunda çıxış edir. Bu baxımdan “Azərbaycanım” beynəlxalq jurnalı dünya mədəni proseslərinə fəal qoşulmaqla həm xalqımızın milli mədəniyyətini mütərəqqi, ümumbəşəri ideya və dəyərlərlə zənginləşdirir, həm də dünya mədəniyyətinin elementlərini respublikamızın oxucu kütləsinə təqdim etməklə informasiya məkanına öz layiqli töhfəsini verir.

“Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Beynəlxalq Elmlər Akademiyasının Fəxri üzvü Emil Rüfət oğlu Nəsirlidir.

“Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının qərarı ilə 2 Qızıl Orden təsis olunub.

Onlardan birincisi 2011-ci ildə təsis olunan “Azərbaycanın Qüruru” Qızıl Ordenidir. Bu Orden Azərbaycanda yaşayan və fəaliyyət göstərən soydaşlarımıza və xarici ölkə vətəndaşlarına ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni, humanitar, elmi-texniki, hərbi, idman, diaspora və digər sahələrində xüsusi xidmətlərinə görə verilir. Hazırda ötən illər ərzində bu mükafata layiq görülən müxtəlif təbəqələrdən olan şəxslər fəaliyyət göstərdikləri sahələr üzrə fərqləndiklərinə görə Jurnalın Redaksiya Şurasının qərarı ilə “Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülüblər.

“Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının qərarı ilə 2016-cı ildə təsis olunan ikinci Qızıl Orden “Azərbaycanın Dostu” Qızıl Ordenidir. Bu mükafat ölkələrimiz arasında ictimai-siyasi, sosial-iqtisadi, mədəni, elmi-texniki, humanitar, dini, idman və digər əlaqələrin inkişafında xidmətlərinə görə Azərbaycanın dostu olan əsasən xarici ölkə vətəndaşlarına verilir.

Ötən illər müddətində onlarla xarici ölkə prezidentləri, hökumət və parlament nümayəndələri, elm, təhsil, mədəniyyət və incəsənət xadimləri, diplomatlar və digər tanınmış şəxslər “Azərbaycanın Dostu” Qızıl Ordeninə layiq görülüblər.

  “AZƏRBAYCANIN QÜRURU” QIZIL ORDENİ

“Azərbaycanın Qüruru” Qızıl Ordeni “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının 6 dekabr 2011-ci il tarixində keçirilmiş iclasında qəbul edilmiş 7 saylı Qərarı ilə təsdiq edilmişdir.

“Azərbaycanım” beynəlxalq jurnalının “Azərbaycanın Qüruru” Qızıl Ordeninin STATUTU

“Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi  “Azərbaycanın Qüruru” Qızıl Ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

– Azərbaycan Respublikasında ictimai-siyasi və sosial-iqtisadi fəaliyyətdə xüsusi xidmətlərinə görə;

-respublikada elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət və din sahələrinin inkişafında xüsusi xidmətlərinə görə;

– hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə;

– Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə;

– respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə;

-Azərbaycan diasporunun inkişafında xüsusi xidmətlərinə görə;

-Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;

-dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə.

“Azərbaycanın Qüruru” Qızıl Ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

“Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi  “Azərbaycanın Qüruru” Qızıl Ordeninin təsviri

Ordenin ümumi təsviri

“Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın Qüruru” Qızıl Ordeninin (bundan sonra – orden) yuxarı hissəsi Azərbaycan bayrağının rənglərindən ibarət üç zolaqlı kvadrat şəklindədir. Aşağı hissəsi isə biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən daha böyük olan iki onikiguşəli ulduzdan ibarətdir. Üç zolaqlı kvadrat lövhə, arxa və ön bucaqlar qızıldandır.

Ordenin ön tərəfi

Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Azərbaycan Respublikasının ərazisinin əksi profildən qabarıq təsvir olunmuşdur. Girdə lövhənin ortasında çevrə boyunca “Azərbaycanın Qüruru Ordeni” sözləri yazılmışdır.

 Ordenin arxa tərəfi

Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur. Arxa tərəfdə həm rus, həm də ki, ingilis dillərində ordenin adı həkk olunmuşdur.

 Ordenin elementləri

Təltif dəstinə aşağıdakılar daxildir:

-boyundan asmaq üçün 37 mm enində, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı lenti olan 50 mm qabarit ölçülü orden;

– paltara bərkidilmək üçün elementi olan, kvadrat formasında  kəsilən hər biri 2 mm enində olan Azərbaycan bayrağının 3 rəngini – mavi, qırmızı və yaşıl rənglərini əks edən emaldan ibarət qızılı zolaqlı diametri 50 mm qabarit ölçülü orden. Orden tam olaraq qızıl təbəqədən ibarətdir;

– Ordenin paltara taxılan Azərbaycan Bayrağının rəmzi olan eyni ölçülü üç rəngli (mavi, qırmızı və yaşıl) kvadrat hissəsi halqa və ilgək vasitəsilə üzərində kiçik nöqtələrlə bəzədilmiş on iki böyük və on iki kiçik bucaqlı ulduza birləşdirilir.

– Ordenin aşağı hissəsinin ümumi iyirmi dörd bucaqlı ulduzunun ortasına dəyirmi lövhə bərkidilmişdir. Dəyirmi lövhənin içində Azərbaycanın ərazisi əks olunmuş və tam mərkəzdə “Azərbaycanın Qüruru Ordeni” sözləri yazılmışdır.

– Ordenin yuxarı kvadrat hissəsinin mənası Azərbaycan bayrağının rəmzini əks etdirir. Ordenin aşağı iyirmi dörd guşədən ibarət ulduz hissəsi günəşin rəmzi olaraq inkişaf, tərəqqi, fədakarlıq, saflıq və qürur mənalarını əks etdirir. Ulduz hissəsinin ortasına bərkidilmiş dəyirmi dairə qalxan rəmzi olaraq təhlükəsizlik və müdafiə mənasını əks etdirir.

– Orden tam olaraq 15 qr. qızıldan hazırlanmışdır.

«AZƏRBAYCANIN DOSTU» QIZIL ORDENİ

«AZƏRBAYCANIN DOSTU» QIZIL ORDENİ – “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Heyətinin 2016-cı il 15 yanvar tarixində keçirilmiş Ümumi Yığıncağının 3 nömrəli Qərarı  ilə (Protokol №5) təsdiq edilmişdir.

«AZƏRBAYCANIN DOSTU» ORDENININ STATUSU

«Azərbaycanın Dostu» ordeni Azərbaycan Respublikasında və xarici ölkələrdə yaşayan əcnəbi vətəndaşlara vaşağıdakı hallarda verilir:

– Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;

– sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə;

– Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;

–  Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

– Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.

«Azərbaycanın Dostu» ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

«AZƏRBAYCANIN DOSTU» ORDENININ TƏSVİRİ

«Azərbaycanın Dostu» ordeni ulduzdan və ordeni halqa vasitəsi ilə birləşdirən üstündə atlasdan çəkilmiş iki zolaqlı məxmər parçadan hazırlanmış kvadratdan ibarətdir.

Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub qızıldan hazırlanmışdır. Ulduzun guşələri insan əlləri şəklində işlənmişdir. Ulduzun əks uclarının arasındakı məsafə, yəni eninə olan diametri 44 millimetrdir.

Ordenin səkkizguşəli ulduz hissəsinin guşələrində göy rəngdə təsvir olunan insan əlləri Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətləri olan Azərbaycanın dostları mənasını tərənnüm edən dostluq və qardaşlığın rəmzidir.

Ordenin üstündə qırmızı rəngdə təsvir olunan açılmış jurnal ornamentinin mənası “Azərbaycanım” Jurnalının bütün dünyaya və hamıya açıq olmasının rəmzidir.

Ordenin yaşıl rəngdə təsvir olunan Jurnalın səhifələrini əks etdirən ornament isə jurnalın hər sayında gedən informasiyaların dəqiq, qərəzsiz və dolğun olmasının rəmzidir.

Ordenin ortasında bərkidilmiş dairəvi qızıl lövhədə aypara və ulduz ornamenti Azərbaycan bayrağının elementi kimi dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilik rəmzidir.

Ordenin elementlərinin mavi, qırmızı və yaşıl rəngləri, aypara və səkkizguşəli ulduz Azərbaycan Bayrağının rəmzi kimi əks olunmuşdur.

Göstərilən elementlər 10,3 qram qızılla (əyarı 585) bəzədilmiş səkkizguşəli ulduz vasitəsi ilə məxmər kvadrata birləşir.

Ordenin arxa tərəfinin səthi hamardır, üstünün yuxarı sağ küncündə qızılın əyarı, ortasındakı dairədə isə “Azərbaycanın Dostu Ordeni” və “Орден Друг Азербайджана» sözləri həkk olunmuş,  ordenin arxadan məxmər parcadan hazırlanmış hissəsində paltara bərkidilmək üçün müvafiq elementi vardır.

Ordenin hazırlanmasında 585 əyarlı 10,3 qram qızıldan istifadə olunmuşdur.